EN

Gürcüstan prezidenti LGBT insanları qadağan edən qanunu imzalamayıb

Gürcüstan prezidenti Salome Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib.

 

Oxu24.com xəbər verir  ki, “Prezident qanunu imzalamayıb. Eyni zamanda, o, qanuna veto qoymadı. Sadəcə, o, imzalamadı və parlamentə qaytardı. Bizim qanunvericiliyimiz belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasının əməkdaşı TASS-a bildirib.

Gürcüstan qanunlarına görə, prezident qanunu imzalamaqdan imtina edərsə və ona veto qoymazsa, sənədi parlamentin sədri imzalayır.

Sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü və sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanunu qəbul edib.

 

Miri

 

Chosen
30
16
oxu24.com

10Sources