Bakı. Trend:
Paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsindəyol-nəqliyyat qəzası baş verib bir nəfər avtomobildə sıxılıvəziyyətdə qalıb.
Trend xəbər verir ki, bubarədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Bakı RegionalMərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “MERCEDES” markalı minik avtomobilinin idarəetməniitirərək yol kənarındakı arakəsmələrə çırpılması nəticəsindəyol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyayauğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılıvəziyyətdə qalan sürücü, 1972-ci il təvəllüdlü İsrayılov Eldənizİsrayıl oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.