EN

İsrail BMT-nin baş katibini "persona non qrata" elan edib

Bakı. Trend:

İsrail BMT-nin baş katibini Antoniu Quterreşi "persona nonqrata" elan edib.

Trend xəbər verir ki, bu barədə İsrailin xariciişlər naziri İsrael Katz özünün "X" sosial şəbəkəsindəkisəhifəsində yazıb.

"Bu gün mən BMT-nin baş katibi Antoniu Quterreşi İsraildəpersona non-qrata elan etdim və ölkəyə girişini qadağan etdim.İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyəbilməyən hər kəs İsrail torpağına ayaq basmaq haqqına layiq deyil",- deyə İ.Katz bildribi.

Onun sözlərinə görə, İsrail öz vətəndaşlarını və milliləyaqətini qorumağa davam edəcək.

Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistikraket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlikrəsmi məmulat yoxdur.

Chosen
33
1
az.trend.az

2Sources