EN

Rusiyada yük gəmisi saya oturdu – Azərbaycanlılar var


Rusiyanın Rostov vilayətinin Don çayı üzərində yerləşən Azov rayonunda Rostov-na-Donudan Türkiyənin Samsun limanına üzən polad parça yükü olan gəmi saya oturub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks”a ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidmətindən məlumat verilib.
“Moskva vaxtı ilə saat 13:50-də (Bakı vaxtı ilə 14:50 – red.) Vanuatu bayrağı altında olan “Florica” gəmisinin saya oturması ilə bağlı xəbər daxil olub. Göyərtəsində Azərbaycandan olan 14 ekipaj üzvü olub”, - məlumatda deyilir.
Bildirilir ki, xəsarət alan olmayıb və naviqasiya pozulmayıb. Gəminin yenidən hərəkət etməsi üçün iki yedək gəmi (buksir) göndərilib.
Qeyd edək ki, Vanuatu, Okeaniyada, Melaneziyada bir dövlətdir. Sakit Okeanın cənub-qərbində yerləşir.
Chosen
47
10
yeniavaz.com

10Sources