EN

Netanyahu raket hücumu zamanı sığınacaqda gizlənib? – ANBAAN VİDEO

İranın İsrailə raket hücumu zamanı minlərlə israilli panika içində sığınacaqlara axışıb

Medianews.az xəbər verir ki, bu şəxslərdən biri də İsrailin baş naziri Binyamin Netanyahu olduğu iddia edilib.

Kabinet üzvlərindən birinin sızdırdığı iddia edilən videonun İsraildə yeni böhranı alovlandıracağı ehtimal edilir.

İranın raketlə hücumuna hazırlıqsız yaxalanan Netanyahu və kabineti təxminən bir ildir davam edən müharibədə ilk dəfə olaraq sığınacaqda Nazirlər Şurasının iclasını keçirib.

İsrail televiziyası “Kanal 12” kabinetin bunkerə toplaşdığını və bunun “vacib bir gecə” olduğunu açıqlayıb.

Medianews.az

Olay

Chosen
33
medianews.az

1Sources