EN

“Məşğulluğa dəstək” layihəsi çərçivəsində Xaçmaz rayonunda ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi çərçivəsində növbəti ictimai dinləmə Xaçmaz rayonunda təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.

İş axtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.

Əlavə dəstək mexanizmi kimi layihə çərçivəsində təşkil edilən “Həvəsləndirmə mükafatı” müsabiqəsi və digər məşğulluğa dəstək mexanizmləri barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Chosen
24
2
yeniazerbaycan.com

3Sources