EN

Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik

Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişikliklər təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Milli Məclisin Aqrar siyasət komitəsində sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihənin Azərbaycanda heyvanlar aləminin mühafizəsi sahəsində təkmilləşdirmələrin aparılması, habelə qanunvericilikdə cərimələrlə bağlı ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlandığı bildirilib.

Dəyişikliklərə əsasən, heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər, o cümlədən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Chosen
174
20
bakivaxti.az

10Sources