EN

İraqdakı müqavimət qüvvələri İsrail əsgərlərini vurduqlarını iddia ediblər

“İraq İslam Müqaviməti” hərəkatı İsrailin Hanita yaşayış məntəqəsi yaxınlığında İsrail əsgərlərinin cəmləşdiyi yerə hücum edib.

APA xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” kanalında yayımlanan bəyanatında deyilir.

"İraq İslam Müqaviməti”nin döyüşçüləri cümə axşamı, oktyabrın 3-də Hanitada düşmən qüvvələrinin cəmləşdiyi yerə hücum etdi. Artilleriya mərmilərindən istifadə edərək, dəqiq zərbə aldılar", - deyə mətndə bildirilir.

Chosen
65
apa.az

1Sources