EN

İsrail fələstinlilərin sığındığı məktəbi vurdu: 3 ölü, 15 yaralı

İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin sığındığı məktəbə hücum edib. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Qəzzada Mülki Müdafiə Müdirliyi açıqlama yayıb.

Açıqlamaya görə, hücum nəticəsində dağıntılar altından 3 nəfərin meyiti, 15 nəfər yaralı çıxarılıb. Dağıntılar altında hələ də minlərlə ölü şəxsin olduğu ehtimal olunur.

Qeyd edək ki, İsrailin ötən ilin oktyabr ayından etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 000-i uşaq, 11 378-i qadın olmaqla, ümumilikdə 41 689 fələstinli ölüb, 96 625 nəfər yaralanıb.

Gülşən Şərif

Chosen
30
bakivaxti.az

1Sources