Ötən gecə ərzində Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinin 113 pilotsuz uçuş aparatı (PUA) vurulub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna dronlarının 73-ü Belqorod vilayəti, 25-i Voronej vilayəti, 14-ü Kursk vilayəti, biri isə Bryansk vilayəti üzərində vurulub.