EN

İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu

İsrailin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrutun mərkəzi və cənub bölgələrində bir sıra hədəfə aviazərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, TASS müxbirinin verdiyi məlumata görə, raketlər "Hizbullah" təşkilatının Əl-Bəşura məhəlləsindəki tibbi xidmət mərkəzinə atılıb.

Bundan əlavə, Səlim Sələmə küçəsindəki evlərdən birinə basqın edilməsi barədə məlumat daxil olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
10
3
milli.az

4Sources