EN

Ürək üçün ən faydalı qidalar HANSILARDIR?

“Ürək sağlamlığı üçün tərkibində omeqa-3 yağ turşuları, vitamin və minerallar, həmçinin antioksidanlar olan qidalardan istifadə etmək lazımdır”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu kardioloq Anna Nebolsina deyib.

Həkimin sözlərinə görə, ürək üçün ən faydalı məhsul yağlı balıqdır – siyənək, qızılbalıq, skumbriyadır. Mütəxəssis izah edib ki, bu məhsulun tərkibində olan çoxlu doymamış yağ turşuları xolesterinin yığılmasının qarşısını alır. O, həftədə ən azı iki dəfə yağlı balıq yeməyi tövsiyə edib.

Kardioloq əlavə edib ki, pəhrizdə mütləq qoz-fındıq və toxum olmalıdır. Bu qidalar çoxlu doymamış yağ turşuları, həmçinin xolesterini və iltihabı azaldan vitaminlərlə zəngindir. Məsələn, gündə cəmi 30 qram badam, balqabaq və kətan toxumu yemək ürəyin fəaliyyətini yaxşılaşdıra bilər.

Nebolsina həmçinin antioksidantlarla (yaşıl tərəvəzlər, sitrus meyvələri, giləmeyvə), lifli tam taxıl və B vitaminləri olan daha çox tərəvəz və meyvə yeməyi tövsiyə edib.

Lamiyə 

Chosen
9
12
medianews.az

10Sources