EN

8 saatda 6 estetik əməliyyat etdirən qız öldü

24 yaşlı qız 8 saatlıq estetik əməliyyatdan sonra dünyasını dəyişib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada 24 yaşlı Viviane Lira Monte internetdə tapdığı cərrahın etdiyi 8 saatlıq estetik əməliyyatdan sonra dünyasını dəyişib.
 
Səkkiz saatlıq əməliyyat zamanı altı müxtəlif estetik əməliyyat keçirib. 

Əməliyyatın ilk hissəsi qarın, qollar, kürək və çənə nahiyəsinə liposaksiya əməliyyatı olub. Sinə kiçiltmə əməliyyatından sonar cərrah liposaksiya ilə çıxardığı piyləri 24 yaşlı qızın ombasına vurub. Bundan sonra xəstə evə buraxılıb.
 
Evə buraxılan 26 yaşlı qızın səhhəti sürətlə pisləşməyə başlayıb. Qan təzyiqinin düşdüyünü görən həkimlər onu dərhal reanimasiyaya yerləşdiriblər. 
 
Əməliyyat zamanı yarasına infeksiya düşən qadın həkim müdaxiləsinə baxmayaraq vəfat edib.
 
 Hadisə ilə bağlı polis araşdırma aparır.
 
Gülay

 

 


Chosen
19
azxeber.com

1Sources