EN

Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var - Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı

Bakı. Trend:

- Fidan xanım, ilk öncə bilmək istərdik ki, alkoqolasılılığı və onun əlamətləri nələrdir?

- Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, alkoqolizmspirtli içkilərin təkrarlanan formada və davamlı olaraq qəbuledilməsi nəticəsində meydana gələn sui-istifadə halıdır. Alkoqolasılılığı dedikdə, sözü gedən əlamətlərin ən azı ikisinin 12 ay vədaha artıq müddətə özünü göstərməsi nəzərdə tutulur. Bu əlamətlərsırasına istifadə etmə kontrolunun itirilməsi, spirtli içkiistifadəsini dayandırmaq və ya nəzarətdə saxlamaq üçün daimi biristək və nəticəsi olmayan cəhdlərin olması, spirtli içki qəbulunadigər fəaliyyətlərdən daha çox zaman ayırılması faktları aiddir.Bundan əlavə, evdə, iş yerində və ya təhsil müəssisəsində üzərinədüşən məsuliyyətlərin yerinə yetirə bilinməməsi, ortaya çıxanzərərlər və mənfi nəticələr olmağına baxmayaraq, güclü istifadəistəyinin olması, spirtli içkilərin getdikcə öz təsirini itirməsidə asılılıq əlamətləridir.
Digər əlamətlər isə nəzərdə tutulandan daha artıq və ya uzunmüddətli alkoqol qəbulu halları, bunların təkrarlanması faktları,spirtli içkilərin istifadəsi nəticəsində ortaya çıxan və ya onlarınistifadəsi ilə artan davamlı şəxslərarası problemlərin olmasıdır.Buna baxmayaraq təhlükəli vəziyyətlərlə nəticələnə biləcəksituasiyalarda alkoqol istifadəsi, alkoqol istifadəsinindayandırılması və ya azaldılması zamanı özünü göstərən abstinentsindrom – kəsilmə sindromu əlamətlərinin olmasıdır.

- Alkoqolun fiziki və psixoloji fəsadlarıhansılardır?

- Spirtli içkilərin tərkibində psixoaktiv və toksik maddə olan,asılılıq formalaşdıran etanol mövcuddur. Alkoqollu içkilərinistifadəsinin bir çox xəstəlik və təhlükəli situasiyalarla əlaqəliolması danılmaz bir faktdır.
Belə içkilərin qəbulu qaraciyər, ürək-damar, QİÇS və vərəm kimiyoluxucu xəstəliklərin ortaya çıxması riskini artırır.
Spirtli içki qəbulunun psixi təsirləri kimi depressiya, təşvişpozuntusu, psixoz və antisosial davranış pozuntuları misalgöstərilə bilər.

- Alkoqol asılılığının digər asılılıqlarla nə kimiəlaqəsi var?

- Spirtli içki istifadəçilərinin bir çoxu tütün məhsullarındanda istifadə edir və ya əksinə. Miçiqan Universitetininaraşdırmasına görə alkoqol asılılığı olan insanların digərpsixoaktiv maddə və dərman vasitələrindən istifadə etmə ehtimalıspirtli içki istifadə etməyənlərə nisbətən 18% daha yüksəkdir.Digər bir araşdırma göstərir ki, yeniyetmə və gənclər arasındaspirtli içki və tütün məhsullarından istifadə edən şəxslərə dahaağır psixoaktiv maddə istifadəsinin təklif edilməsi faktı dahayüksəkdir.
Spirtli içkilərin psixoaktiv maddələrlə istifadəsi çox ağır fiziki,psixi və davranış pozuntuları ilə nəticələnə bilər.
Həmçinin, soyuqdəymə və qrip əleyhinə dərmanların spirtli içkilərləbirlikdə qəbulu qaraciyər üçün ağır fəsadlara səbəb olur.

- Spirtli içki istifadəsinin sosial həyat və cəmiyyətüçün fəsadları nələrdir?

- Spirtli içkilərdən istifadə insanın sosial həyatı üçün ciddifəsadlara səbəb olur. Alkoqol asılılığı zamanı insan gündəlikməsuliyyətlərini yerinə yetirə bilmir. Bu, onun ailə və yaxın çevrəilə münasibətlərinə ziyan vurur. Eyni zamanda, iş yerində və təhsilmüəssisələrində ciddi problemlərə səbəb olur. İşinin itirilməsi həmöz, həm də ailə üzvlərinin iqtisadi durumuna təsir göstərir.
Alkoqol sadəcə istifadə edən şəxsə deyil, ümumilikdə cəmiyyətə dəziyan vurur. Bundan başqa, spirtli içki təsirində olarkən, yıxılma,boğulma, intihar cəhdləri də ortaya çıxır. Alkoqol istifadəsiaqressiv davranışlara səbəb olmasa da, bəzi insanlarda zorakılıqdavranışları ehtimalını artırır. Spirtli içki istifadəsi normalbeyin fəaliyyətini pozur, beyində qərarvermə və impulslarınidarəedilməsi ilə əlaqəli olan hissələrin normal funksionallığınamane olur. Koqnitiv funksiyalar pozulduğuna görə insan problemlərihəll etmə, aqressiyanı idarəetmə, düzgün qərar vermə prosesləriniyerinə yetirə bilmir. Spirtli içki təsirində olarkən davalar,mübahisə faktları ortaya çıxa bilir, qanun pozuntuları meydanagəlir.
Bununla yanaşı, ailə strukturuna da spirtli içki istifadəsininmənfi təsiri var. Valideynlərlə, həyat yoldaşı ilə yaşanangərginliklər və mübahisələr ailələrdə problemlər ortaya çıxarır vənəticədə boşanmalar baş verir. İstifadəçi valideyndirsə, uşaqlarınqayğısı və tərbiyəsi ilə məşğul ola bilmir.

- Alkoqol asılılığının əmələ gəlmə səbəblərihansılardır?

- Uzun müddətli alkoqol istifadəsi beyində dəyişikliklərə səbəbolur və nəticədə asılılıq meydana gəlir. Hər bir fərd üçün spirtliiçkilərin təsiri eyni deyildir. Genetik, fiziki, psixoloji vəsosial faktorlar alkoqol sui-istifadəsində rol oynayır. Genetikfaktorlar insanın alkoqol asılılığına daha meyilli olmasına səbəbola bilər. Burada öyrənilən davranışların da rolu var.
Bəzi insanlar impulsiv davranışlar, aşağı özünə inam, özünütəsdiqləmə ehtiyacı kimi səbəblərə görə spirtli içkilərdən istifadəedir. Emosional problemlər, həyatında baş verən çətinliklər,zorakılıq faktları və s. alkoqol sui-istifadəsi ilə nəticələnəbilir. Bəzi psixi problemləri olan insanların da spirtli içkilərəüz tutması faktları müşahidə olunur.
Yadda saxlamaq lazımdır ki, az miqdarda olsa da, spirtli içkininhər zaman mənfi təsirləri var və hər bir fərd üçün bu təsirlərfərqlidir.

- Xüsusi risk qruplarına kimlər daxildir?

- Beyin inkişafı davam etdiyinə və qərarvermə hissəsi hələ tamformalaşmadığına görə, yeniyetməlik yaşlarında başlayan istifadədaha təhlükəlidir. Belə ki, 18 yaşından əvvəl spirtli içki istifadəedən insanların daha sonrakı həyatında asılılıq formalaşdırmasıehtimalı digərlərinə nisbətdə daha çoxdur.
Eyni zamanda, bu dövrdə başlanan istifadə gənclərin gələcəkhəyatlarının formalaşdırması zamanı da ciddi maneələr yarana bilər.İmpulsiv davranışlar, özünü təsdiqləmə və fərqlənmə ehtiyacı, çevrəvə s. faktorlar yeniyetmə və gənclərin spirtli içki, tütünməhsulları və daha ağır psixoaktiv maddələrə əl atmasında roloynayır.
Hamiləlik dövründə spirtli içki istifadəsi də çox risklidir. Bu,inkişaf gerilikləri və anadangəlmə davranış və düşüncə qüsurlarıilə xarakterizə olunan fetal alkoqol sindromu ilə nəticələnə bilər.Bununla yanaşı, hamiləlik zamanı alkoqol istifadəsi erkən doğuş vədüşük riski ehtimallarını da artırır.

- Alkoqoldan sui-istifadə problemi olan insanlara necəkömək göstərmək olar?

- Spirtli içki istifadəçiləri və onların yaxınları stiqmalar vəutanc hissi səbəbi ilə bəzi hallarda bunu gizlədir və ya müalicəmümkün olmadığını düşünə bilirlər. Əslində isə müxtəlif yanaşma vəüsullarla bu insanlara kömək göstərmək mümkündür. Müalicə prosesiindividualdır və xəstənin vəziyyəti və ehtiyaclarınauyğunlaşdırılır. Detoksifikasiya, reabilitasiya, fərdi və qrupterapiyaları, dəstək qrupları, resosiolizasiya kimi mərhələrləasılılıqdan uzaqlaşmaq və normal yaşamı yenidən bərpa etməkmümkündür.
Yalnız istifadəçinin özünə deyil, ailəsi və yaxın çevrəsinə dəyardım etmək lazım olur. Bu problem ailə üçün də olduqca stresliola bilər.
Sağlam həyat tərzi vərdişlərinə yiyələnmək - düzgün qidalanma, yuxurejimi, idman və fiziki aktivlik, asudə vaxtın səmərəlidəyərləndirilməsi asılılıq və zərərli vərdişlərdən qurtarmaqistəyən insanlar üçün olduqca vacibdir.

Chosen
10
5
az.trend.az

6Sources