EN

Azərbaycan XİN Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dövlətlərini təbrik edib

Bu gün, tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Sazişinin ildönümü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd olunub.

XİN bu münasibətlə türk dünyasını birləşdirən təşkilatın bütün üzv və müşahidəçilərini təbrik edib: "Ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!".

Chosen
13
19
aznews.az

10Sources