EN

Rusiya Ukraynada bir sutkada yenə iki nəfəri öldürdü, 8 nəfəri yaraladı

Rusiyanın son 24 saat ərzində Ukraynanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ölənlərin sayı açıqlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xerson Əyalət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlamasında bildirib.
 
O əlavə edib ki, son sutka ərzində Rusiyanın bölgədə həyata keçirdiyi hücumlarda 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ukrayna Baş Qərargahından verilən açıqlamada, Ukrayna ordusunun Rusiyaya məxsus 6 tank, 17 zirehli texnika, 37 silah, 1 hava hücumundan müdafiə sistemi, 43 pilotsuz uçuş aparatı (PUA), 70 avtomobil və xüsusi texnikanı məhv etdiyi bildirilib. B
 
Qeyd edilib ki, son 1 gündə Rusiya və Ukrayna orduları arasında 142 toqquşma olub, ən qızğın toqquşmaların Pokrovsk və Kuraxovsk istiqamətində yaşanıb, Ukrayna ordusunun Pokrovskda 30 rus hücumunu dəf edib.

Mikayıl
Chosen
64
27
azxeber.com

10Sources