EN

DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib -

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah tapılıb.

Ucnoqta.az Penitensiar xidmətə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
19
29
ucnoqta.az

10Sources