EN

"Uqledarı iki ilə işğal edə bilən Rusiyanın qələbə qazanacağı..." - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiya Ukrayna qüvvələrinin aylarla davam edən müqavimətindən sonra strateji əhəmiyyətli Uqledar şəhərini ələ keçirə bilib. Ekspertlərin fikrincə, Kiyevin məlum itkisi müharibənin üçüncü qışı ərəfəsində Ukraynanın üzləşdiyi problemlərə dair ciddi siqnaldır.

 

Rusiya savaşda qələbəyə yaxınlaşırmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, Rusiya Ukraynanın şərqində hücumu intensivləşdirib. Onun sözlərinə görə, bununla Moskva danışıqlarda maraqlı olmadığını, Ukraynada bütün ağır itkilərə baxmayaraq, irəliləməyə, yeni ərazilər zəbt etməyə çalışdığını bildirir:

 

“Bu hücumlar Rusiyaya yüzlərlə canlı itki və zirehli texnikanın itirilməsi hesabına başa gəlir. Qərb də Rusiyanın resurslarının kütləvi şəkildə tükəndiyinin fərqindədir. Fikrimcə, Uqledar şəhərini iki ildən sonra işğal edə bilən Rusiya qoşunlarının Ukraynada öz məqsədlərinə çatması mümkün görünmür. Bu savaş geopolitik qarşıdurmadır və burada Moskva-Kiyev arasında danışıqlar mümkün deyil”.

 

Ekspert həmçinin qeyd etdi ki, Ukrayna müharibəsində əsas hədəf qarşı tərəfin məğlub olmasıdır:

 

“Yalnız bundan sonra yeni siyasi nizama keçid başlayacaq. Döyüşən tərəflərdən biri tam sıradan çıxmayına qədər danışıqlar yolu ilə böhranın həlli mümkün mümkün görünmür”.

 

Günay Rəsulqızı

Chosen
39
42
sfera.az

10Sources