Bakı metropoliteninin “28 may” stansiyasında bir sərnişin stansiya yoluna düşüb.
Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, hadisə zamanıqatar maşınısti əyləcləməni sıxıb, yüksək gərginlik də çıxarılıb.
“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib”, - məlumatda qeyd olunur.