EN

"Digər nəqliyyat vasitələri də bu yeniliyi tətbiq etməlidir" - EKSPERT

Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşımada xidmət keyfiyyətini artırmaq və əlavə dəyər yaratmaq məqsədilə bir sıra yeniliklər təqdim edib. Şirkət müştəri məmnuniyyətini yüksəltmək üçün 23 sentyabr 2024-cü il tarixindən loyallıq proqramının tətbiqinə başlayıb.

 

Bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır. Loyallıq proqramı 1 həftə test rejimində fəaliyyət göstərəcək. ADY, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir.

 

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.

 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sözügedən mövzu ilə bağlı Modern.az-a bildirib ki, Azərbaycan Dəmir Yolları  tərəfindən tətbiq edilən bu yenilik nəqliyyatın bütün sahələrində president yarada bilər, digər nəqliyyat vasitələri də bu yeniliyi tətbiq etməkdə maraqlı olmalıdır.

 

Qeyd edək ki, qiymətlərin tələb-təklifə uyğun formalaşması, sərnişinləri ictimai nəqliyyata cəlb etmək üçün öncədən bilet almağı stimullaşdır. Bu müxtəlif inkişaf etmiş ölkələrin təcrübələrində də özünün göstərir.

 

“İnsanların ictimai nəqliyyatdan istifadə etməsini stimullaşdırmaq lazımdır, stimul üçün isə mütləq  müəyyən güzəştlər edilməlidir. Bu güzəştlər edildikcə insanlar ictimai nəqliyyata daha çox maraq göstərirlər. Bunun effektini görən bir çox ölkələr var və bu ölkələrin təcrübəsi də Azərbaycanda tətbiq edilə bilər. Artıq ADY tərəfindən atılan bu addım beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini ifadə edir. Kəşbeklərin verilməsi, qiymətlərdə müəyyən endirimlərin olması ciddi yeniliklərdir. Bu yenilikləri geniş formada izləmək və tətbiq etmək lazımdır. Bu addım çox faydalı olacaq, insanları ictimai nəqliyyata həvəsləndirəcək. Fikrimcə, gələcəkdə bu cür sistem avtobuslara, metrolara da tətbiq edilməlidir”, - o qeyd edib.
 

Ekspert onu da vurğulayıb ki, insanların avtobus, metro, yerüstü qatarlardan istifadəsinə maraqlarının artırılması üçün müxtəlif digər addımlar da atılmalıdır.

 

“Tələbələr ictimai nəqliyyatdan istifadə edən əsas kütlədir, gələcəkdə onlar üçün də xüsusi güzəşlərin olmalıdır, məsələn tələbə kartı vasitəsi ilə endirimli ödənişlərin edilməsi düşünürəm ki, ölkəmizdə tətbiq edilə bilər  Dövlətin bu yöndə münasibəti müsbətdir. Bu da öz növbəsində böyük bir kütləni ictimai nəqliyyata marağıın artmasına səbəb olacaq,çünki insanlar şəxsi avtomobilə maraq göstərdikcə yollarda sıxlıq, tıxac və digər problemlər özünün qabarıq şəkildə göstərəcək. Bu kimi problemlərin qarşısını almaq, şəhəri insanların yaşaması üçün münbit hala gətirmək üçün ictimai nəqliyyata marağın artırılması istiqamətində layihələr yaradılmalı, müxtəlif dünya təcrübəsindən yararlanılmalıdır”. 

Chosen
34
50
modern.az

10Sources