EN

Aktürkoğlu və Kökçüyə təşəkkür etdi

"Benfika"nın baş məşqçisi Bruno Laqe Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Atletiko"ya 4:0 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən görüşdə Türkiyə millisinin üzvləri Kerem Aktürkoğu və Orkun Kökçü də qol vurub.

Mütəxəsis isə futbolçularına planları tam yerinə yetirdikləri üçün təşəkkür edib: “Köhnə üslubda klassik axşam keçirdik. Planı tam yerinə yetirən futbolçularıma "çox sağ ol" deyirəm. Bu, uğurun açarı oldu. Hər kəs özünün ən yaxşı oyununu göstərdi. Bu gün bir komanda idik. Söhbət təkcə start heyətdən yox, həm də əvəzedici kimi meydana çıxıb, bizə güc qatan futbolçulardan gedir".

Qeyd edək ki, 2 turdan sonra "Benfika" 6 xal toplayıb və sıralamada 3-cü pilləyə yüksəlib.

Chosen
20
1
ikisahil.az

2Sources