Ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib.
Bu barədə "Jakarta Globe"məlumat yayıb.
Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb.
"Lava axını maksimum 1500 metrəçata bilər" ,- deyə Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin rəhbəri Agus Budi Santoso qeyd edib.
Səlahiyyətlilər sakinlərə çay dərələrindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib.