EN

Konte A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçildi

İtaliyanın "Napoli" klubunu çalışdıran Antonio Konte A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib.

Rekord.az çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrda Kontenin komandası "Kalyari" (4:0) və "Montsa"nı (2:0) məğlub edib.

"Yuventus"la oyun isə heç-heçə nəticələnib - 0:0.

"Napoli" hazırda 13 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Chosen
11
1
rekord.az

2Sources