EN

Ağa Mehdiyev yenidən velosipedlə Avropa səfərində: Şübhəli maşın, narahatlıq...

İctimai fəal Ağa Mehdiyev yenidən ekoloji sülh səfərinə çıxıb. Onun budəfəki marşrutu Finlandiya, İsveç, Norveçin bir sıra ərazilərini əhatə edəcək.

Ölkə.Az xəbər verir ki, Ağa artıq 10 gündür səfərdədir və o bununla bir sıra mövzulara diqqət çəkmək istəyir.

1. Sağlam həyat tərzinin, idmanın təbliği, narkomaniyaya yox.
2. Konfiliklər nəticəsində xüsusən uşaqların öldürülməsini pislənilməsi. 
3. Sülh, insanlıq, yaradılışımız barədə düşünmək və düşündürmək.
4. Ekoloji problemlərə diqqət yetirmək.
5. Müxtəlif şəraitlərdə Kitab oxumanın önəmini vurğalamaq. 

O, səfərinə Helsinkidən Espoo şəhəri istiqamətində yola düşüb. 

Artıq müəyyən məsafə qət edən Ağa Mehdiyev bildirib ki, əvvəlki səfəri ilə müqayisədə tamamilə fərqli bir atmosfer hiss edir: "Düşünürəm ki, bəzi proseslərə hazırlıq gedir. Hərçənd bu dəyişikliklər ilk baxışda miqrant məsələsi ilə bağlı kimi görünsə də, əslində, daha dərin və fərqli səbəblərdən qaynaqlana bilər.

Dünyada daha ciddi və bəlkə də mənfi nəticələr doğuracaq hadisələrin baş verəcəyindən narahatam. Ümid edirəm ki, bu hisslərim yalnışdır".

İctimai fəalın səfəri heç də asan keçmir. Məsələn, sosial media hesabında mütəmadi paylaşımlar edən Ağa "Şübhəli kişi sanki məni izləyir" başlığı ilə İsveçdə başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:  

"Bayaq heç kəsin olmadığı sıx meşəlik ərazidən keçəndə yolun sağında kiçik BMW maşınının dayandığını gördüm. Yanından keçəndən təxminən 5 saniyə sonra maşını işə saldı. 
Tədricən arxamca asta-asta gəlməyə başladı, sanki məni müşahidə edirdi. Arxaya boylanırdım, maşın isə velosiped sürətindən də aşağı arxamca gəlirdi. Telefonu aşkar şəkildə çıxarandan dərhal sonra sürətlə yanımdan keçdi, yoxa çıxdı. 

Bir qədər gedən sonra yenə uzaqda sağ tərəfdə  dayandığını gördüm. Mən yaxınlaşdıqca yenə gözdən itdi. 

Maşının içərisində sarı, 45-50 yaşlarında kişi idi. 

Hadisə təxminən Gunnarskal ərazisində baş verib. 

Səhv düşüncədə ola bilərəm".

Ağa bir çox hallarda meşələrdə, bəzən isə fin ailələrin evlərində qalır. O, duş qəbul etmək əvəzinə adətən göl və çaylarda üzür.

Qeyd edək ki, Mehdiyev uzun illərdir, sülh, sevgi, tolrantlıq, könüllü lahiyələr reallaşdırmaqdadır.

2015-ci ilin yanvarında dostu ilə Bakıda yerləşən kilsənin qarşısını qar və buzdan təmizləməsi o zaman çox böyük marağa səbəb olmuşdu, niyyəti inanclı xristianların kilsəyə raha gediş-gəlişini təmin etmək idi. Həmin ərəfədə beynəlxalq aləmdə müsəlman-xristian qarşıdurması mövcud idi.

Ağa 40 dan çox ölkəyə, 300 yaxın şəhərə səfərlər edib. Şəxsi inkişaf, doğru ünsiyyət, satış üzrə beynəlxalq təlimçidir.

2023-cu ildə Türkiyədə zəlzələ zamanı könüllü iştirak edib.

Chosen
14
1
olke.az

2Sources