EN

Azərbaycan Premyer Liqası: IX tura 1 oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında IX tura bu gün keçiriləcək 1 oyunla start veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, "Neftçi" səfərdə "Kəpəz"lə qarşılaşacaq.

Tovuz şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.

"Neftçi" hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb. Geridə qalan 8 oyunun hamısında məğlub olan "Kəpəz" isə sonuncu - onuncudur.

Azərbaycan Premyer Liqası

IX tur

4 oktyabr

17:00. “Kəpəz” – “Neftçi”

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

"Cebheinfo.az"

Chosen
5
7
cebheinfo.az

10Sources