"Qalatasaray"ın baş məşqçisi ilə hücumçusu cəzalandırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Şurası qərar verib.
Qərara əsasən, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk və hücumçusu Mişi Batşuayi cərimələniblər: "Onların hər birinə 117 min TL (təxminən 5800 manat-Mia.az) cərimə kəsilib".
Fərid Aslan
MİA.AZ