EN

Azərbaycan millisi UEFA İnkişaf Turnirində sonuncu matçına çıxacaq

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün üçüncü – sonuncu matçına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 17:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Belarus (1:2) və Rusiya (1:3) yığmalarına məğlub olub.

"Cebheinfo.az"

Chosen
6
4
cebheinfo.az

5Sources