EN

Bakıda qeyri-adi hadisə: Bankomatdan çıxardığı pulları götürmədən getdi

Bakıda vətəndaşın bankomatda unutduğu pulu oğurlayan şəxs tutulub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu 8-ci mikrorayon Cəfər Xəndan küçəsində baş verib. Belə ki, paytaxt sakini M.Məmmədov bankomata kart salaraq 970 manat çıxarıb. Lakin o, kartı götürdükdən sonra oranı tərk edib və aparatın təqdim etdiyi pulları götürməyi unudub. Bunu görən S.Səfərov yaxınlaşaraq pulları götürüb və ərazidən uzaqlaşıb.

Bir qədər sonra geri qayıdan M.Məmmədov pulların orada olmadığını və kartdan çıxdığını görüb.

O, başına gələn hadisə ilə bağlı polisə şikayət edib.

Binəqədi Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 970 manatı oğurlamış şəxs tutulub.

Kərim Abbaszadə

Chosen
23
bakivaxti.az

1Sources