EN

"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilməsi barədə xəbər vermişdik.

Müvafiq  əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocəsən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

Yerli mediada sözügedən xəbərlər təqdim olunarkən  Mehriban Qaralovanın Zakir  Qaralovun yaxın qohumu kimi başlıqlara çıxarılması birmənalı qarşılanmayıb.

Oxu24.com xəbər verir ki,tanınmış şair Şəmsi Vəfadar  CityPost.az saytına bununla bağlı tənqidi fikirlərini bölüşüb. 

Mərhum professor Zahid Qaralovu tanımayan,barəsində eşitməyən az adam tapılar.  O, həm də Azərbaycan Milli  Oyanış Hərəkatının öncüllərindən olub. Sözünün sanbalı olan ziyalılarından hesab olunurdu. Kimsə Zahid Qaralovu və ailəsini Zakir Qaralova görə tanıtmaq istəyirsə,bu səhv atılmış addımdır. Zakir Qaralov uğursuz baş prokuror kimi tarixin yaddaşına həkk olunub. Əgər onun Dövlətçilik qarşısında müstəsna xidmətləri  olsaydı,sözsüz ki, O da İsa Nəcəfov,Südabə Həsənova,İlyas İsmayılov,Fikrət Məmmədov kimi şərəfləndirilərdi və kənarda qalıb bu gün Əli Ömərov,Eldar Həsənov sayağı məşğul olduğu işlərlə başını qatmazdı. 
Böyük hörmət və nüfuz sahibi mərhum Zahid Qaralovun qızı yetərincə tanınmış ziyalı xanım Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur.Belə bir deyim var: Havalar soyuyanda kölgə salan ağaclar unudulur. Mehriban Qaralovanın İlqar Qaralov kimi ziyalılığına,mədəniyyətinə,əxlaqına və savadına görə seçilən qardaşı var.Zakir Qaralovun adı heç bir dəftərdə olmayanda Mehriban Qaralovanın atası Zahid Qaralov Azərbaycan SSR Elm və Təhsil nazirinin müavini idi. Belə faktlara toxunanda, kimlərinsə adlarını hallandıranda yaxşı olardı ki,jurnalistlərimiz tarixi faktları səhifələsinlər.

 

Chosen
14
oxu24.com

1Sources