EN

Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb - Kamaləddin Qafarov

Bakı. Trend:

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbəvə ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparanmühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətligünlərindən biri məhz 4 oktyabr tarixidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-dəAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərininişğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixindəilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəziazad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsiVətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsirgöstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunmasıtaktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaqqələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olanZəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücuməməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanıverdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ciil oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri iləkeçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevbu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmintarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki,Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamlairəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğumövqelərini möhkəmlətməkdə davam edir.”

Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrundagedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cıildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindəndanışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayındaAzərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını damütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Apreldöyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəshaqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətlisilahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlıqüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçırejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmindöyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsiolaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər,Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi,Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndivə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndənazad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandansonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur vəbu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki,Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışıda məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Chosen
3
16
az.trend.az

10Sources