EN

İspaniyada insident: 8 azarkeş həbs olundu

Avropa Liqasının II turunun “Real Sosyedad” – “Anderlext” oyununda xoşlagəlməz hadisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, matç zamanı qonaqların fanatları yerli azarkeşlərlə insidentə girib. Belə ki, belçikalı azarkeşlər “Real Sosyedad” fanatlarının olduğu yerlərə stullar atıblar.

Görüşdən sonra “Anderlext” fanatlarının davranışına görə üzr istəyib və 8 azarkeşin həbs olunduğunu bildirib.

Belçika klubu “Real Sosyedad”ı məğlub edib – 2:1.

Chosen
9
futbolpress.az

1Sources