EN

Qazaxıstanın İran, Livan və İsraildəki referendum məntəqələri BAĞLANIR

Qazaxıstanda Atom Elektrik Stansiyası ilə bağlı keçiriləcək referendumla bağlı İran, Livan və İsraildə açılan məntəqələr fəaliyyətini dayandıracaq.

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov iclasda məlumat verib:

"Qanuna uyğun olaraq, xaricdə olan Qazaxıstan Respublikasının vətəndaşları respublikadan kənarda yaradılmış seçki məntəqələrində səs verə bilərlər. Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin gərginləşməsini və Qazaxıstan Respublikası vətəndaşlarının təhlükəsizliyini nəzərə alaraq, İran, Livan və İsraildəki səfirliklərdə fəaliyyət göstərən referendum məntəqələrinin fəaliyyətinin dayandırılmasını məqsədəuyğun hesab edirik".

O qeyd edib ki, referendum üzrə 10 323 seçki məntəqəsi bu üsulla fəaliyyət göstərəcək, o cümlədən 59 ölkədə açılan 74 seçki məntəqəsi var.

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Alua Nadirkulova bildirib ki, bu gün Yaxın Şərqdə ümumilikdə 228 Qazaxıstan vətəndaşı səsvermə hüququna malikdir:

"Statistikaya görə, İsraildə 53, İranda 132, Livanda 43 olmaqla, Qazaxıstan Respublikasının ümumilikdə 228 vətəndaşı referendumda səsvermə hüququna malikdir. Hazırda bu ölkələrdə olan vətəndaşlardan xüsusi zərurət olmadığı halda yaşayış yerini tərk etməmələri, həmçinin diqqətli olmaları və xəbərdarlıqlara və səlahiyyətli şəxslərin göstərişlərinə əməl etmələri, səfirliklərlə əlaqə saxlamaları xahiş olunur".

Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev AES ilə bağlı referendumun tarixini 2024-cü il oktyabrın 6-na təyin edib və onun keçirilməsi haqqında fərman imzalayıb. Bundan sonra Mərkəzi Seçki Komissiyasında AES-in tikintisi üzrə respublika referendumu ilə bağlı mətbuat konfransı keçirilib. Konfrans zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri AES ilə bağlı referendumun necə keçiriləcəyini izah ediblər. Mərkəzi Seçki Komissiyası atom elektrik stansiyaları ilə bağlı referendum üçün bülletendə nələrin olacağı barədə məlumat verib.

Chosen
10
2
korrespondent.az

3Sources