EN

KXDR-in suverenliyi pozularsa, nüvə silahından istifadə etməkdən çəkinməyəcək

KXDR-in

Pekin, 4 oktyabr, AZƏRTAC

Əgər hər hansı qüvvə Koreya Xalq Demokratik Respublikasının (KXDR) suverenliyini pozarsa, ordunun sərəncamında olan bütün hücum silahlarından, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcəyik.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu bəyanatı KXDR lideri Kim Çen In ordunun xüsusi əməliyyat bölməsinin heyəti ilə görüş zamanı səsləndirib.

O, Cənubi Koreya Prezidenti Yun Sok Yolun “KXDR nüvə silahından istifadə edərsə, bu, rejimin sonu ola bilər” fikrini qınayıb. Şimali Koreya lideri bildirib ki, Yun Sok Yolun sözügedən fikri Cənubi Koreya-ABŞ ittifaqının regional təhlükəsizliyi və sülhü pozmağa yönəldiyini təsdiqləyir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
116
1
azertag.az

2Sources