Həkim sirrini təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcəyi daha bir hal müəyyənləşir.
Â
Bu, Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Â
Layihəyə əsasən, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə bilər.
Tarix: 4 Oktyabr 2024, 13:31Â Â Â