EN

"Taliban"ın terrorçular siyahısından çıxarılması artıq Moskva tərəfindən qərarlaşdırılıb - Rusiya nümayəndəsi

Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov jurnalistlərə bildirib ki,

Rusiya Taliban hərəkatını terror təşkilatları siyahısından çıxarmaq barədə prinsipial qərar qəbul edib, bəzi hüquqi prosedurlar gözlənilir.

“Rusiya Xarici İşlər Nazirliyi FSB (Rusiyanın Federal Təhlükəsizlik Xidməti) və bir sıra digər Rusiya qurumları ilə birlikdə “Taliban” hərəkatının Rusiyanın terrorçular siyahısından çıxarılmasına hüquqi baxımdan son nöqtəni qoyur. Bununla bağlı Rusiya rəhbərliyi tərəfindən qərar qəbul edilib, lakin bu proses Rusiyanın hüquqi bazası çərçivəsində aparılmalıdır”, - deyə Rusiya nümayəndəsi Əfqanıstan üzrə Moskvada keçirilən məsləhətləşmələrin son raundundan sonra bildirib.

Kabulov izah edib ki, Rusiya hakimiyyəti sadəcə prosesi federal qanunlara uyğunlaşdırmalıdır. "Ümid edirəm ki, yekun qərar tezliklə açıqlanacaq", - o əlavə edib.

Chosen
25
aznews.az

1Sources