EN

Haitidə quldurlar şəhərə hücum etdi - Ölənlər var

Haitinin paytaxtın 100 kilometr şimalında yerləşən Pont-Sonde şəhərində dəstənin hücumu nəticəsində azı 11 nəfər həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı onlarla mülki vətəndaş yaralanıb. 

Quldurlar şəhərə hücum edərək bir neçə binanı yandırıblar və atışma başladıblar. Pont-Sonde şəhərinin yüzlərlə sakini şəhəri tərk etmək məcburiyyətində qalıb.

Chosen
34
unikal.az

1Sources