EN

Şahmat Federasiyası məhkəməyə verilib

Azərbaycan şahmatçısı, qrosmeyster Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasını məhkəməyə verib. 

News365.az-ın məlumatına görə, şahmatçı federasiyadan maddi ziyanın və mənəvi zərərin ödənilməsini tələb edir. 

Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Həbibə Miriyeva iş üzrə hakim təyin edilib.

Vasif Durarbəyli 1992-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın güclü şahmatçılarından sayılan Vasif 2010-cu ildə 18 yaşadək oğlanlar arasında keçirilən dünya çempionatında qrosmeyster titilunu qazanıb. 

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovdur. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir. 

 

Chosen
10
news365.az

1Sources