EN

Putin ad günündə MDB ölkələrinin başçıları ilə GÖRÜŞƏCƏK

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də ad günündə MDB dövlət başçıları ilə görüşəcək və işgüzar görüşlər də planlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Xüsusi heç nə olmayacaq. Prezidentin səhər saatlarında qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentlə görüşəcək. Sizə əlavə məlumat verəcəyik”, - deyə Peskov oktyabrın 7-də prezidentin ad günündə təqvimi ilə bağlı sualı cavablandırıb.

Oktyabrın 7-də Putinin 72 yaşı tamam olur.

Chosen
11
1
modern.az

2Sources