EN

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Bakı. Trend:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuşuşaqların sosial müdafiəsi haqqında” Azərbaycan RespublikasıQanununa dəyişiklik Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Trend-in məlumatına görə,Milli Məclis Apatarının Sosial qanunvericilik şöbəsinin müdiri AdilVəliyev bildirib ki, qanunun 8-ci maddəsinə əsasən, sözügedənkateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslərilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindənaz olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habeləmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişnormalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və yaöz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə(265 manat) təmin olunurlar.

Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi vədigər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar,ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinəverilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətintərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrəorta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manatmüəyyən edilməsi təklif olunur.

Chosen
13
19
az.trend.az

10Sources