"Mançester Yunayted" Erik ten Haqla yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" yayıb.

Niderlandını Tomas Tuxel əvəzləyə bilər. Almaniyalı İngiltərəyə qayıtmaq niyyətindədir. "Qırmızı şeytan"ların rəhbərliyi bu versiya üstündə ciddi düşünür.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 6 turdan sonra 7 xalla 13-cü pillədə qərarlaşıb.