EN

Azərbaycan klubunun avrokubok oyunlarını idarə edəcəklər hakimlər dəyişdirilib

Azərbaycan

Bakı, 4 oktyabr, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun avrokuboklarda “Qaliçanka” (Ukrayna) ilə oyunlarına təyinat alan hakimlər dəyişdirilib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, hər iki qarşılaşmanı əvvəldən nəzərdə tutulduğu kimi, monteneqrolu ədalət təmsilçiəri idarə etməyəcəklər. Artıq bununla bağlı Azərbaycan Həndbol Federasiyasına rəsmi məktub daxil olub. Dəyişikliyin səbəbi açıqlanmayıb.

Oyunlar “Qarabağ”ın qadın komandasının Bakıda Lüksemburq təmsilçisi “Differdanj”la matçlarını idarə edəcək bolqarıstanlı hakimlər - Svetoslav Yonçev və Zvezdelin Yonçevə tapşırılıb.

Qeyd edək ki, həm “Azəryol”, həm də “Qarabağ”ın görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Chosen
24
1
azertag.az

2Sources