EN

Təl-Əviv və Moskva arasında uçuşlar normal rejimdə işləyir

Hazırda Təl-Əviv və Moskva arasında mülki aviasiya uçuşları adi qaydada həyata keçirilir.

Oxu24.com  xəbər verir ki, bu barədə İsrailin Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Səfirlik əlavə edib ki, təhlükə yaranarsa, zəruri hallarda müvafiq tədbirlər görüləcək.

“Tel-Əvivdən Moskvaya uçuşlar adi qaydada həyata keçirilir”, - diplomatik nümayəndəlik bildirib.

Səfirlik bildirib ki, İsrail İrandan ikinci hücuma hazırdır.

Oktyabrın 4-də İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda cümə namazı zamanı İslam Respublikasının İsrailə qarşı raket hücumunu qanuni adlandırıb.

Oktyabrın 1-də İDF İranın İsrailə raket atdığını elan edib. Media İranın bir neçə raket “dalğası” ilə hücum etdiyini, hücumun ilk “dalğasında” ən azı 100 raketin qeydə alındığını yazıb. Bu, İsrail ordusunun Hizbullahın baş katibi Həsən Nəsrullahı məhv etməsindən sonra edilib.

Bundan əvvəl İran İsrailə xəbərdarlıq etmişdi.

Nigar

 

Chosen
30
oxu24.com

1Sources