EN

Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cüilin payız sessiyasında ilk iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

İclası açan komitə sədrinin müavini Günay Əfəndiyeva deputatlarıcari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində baştutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələrimünasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlararzulayıb.

Komitə sədrinin müavini diqqətə çatdırıb ki, bugünkü iclasıngündəliyinə 3 məsələ daxil edilib.

Əvvəlcə, gündəliyin birinci məsələsi – Mədəniyyət komitəsinin2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təqdimolunub. Günay Əfəndiyeva diqqətə çatdırıb ki, sənəddəqanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin,mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi nəzərdətutulub.

Sonra gündəlikdəki qanun layihələrini təqdim edən GünayƏfəndiyeva, qanun layihələrinin ölkə Prezidenti tərəfindənqanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunudiqqətə çatdırıb.

İclasın gündəliyində ikinci məsələ olan - “Turizm haqqında”Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş)daxil edildiyini deyən komitə sədrinin müavini təklif olunandəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, dəyişikliklərölkəmizdə turizm sahəsində aparılan məqsədyönlü siyasətin tərkibhissəsi olmaqla yanaşı, bu sahədə qanunvericiliyintəkmilləşdirilməsi üçün zəmin yaradacaq.

Gündəliyin üçüncü məsələsi ilə bağlı danışan komitə sədrininmüavini bildirib ki, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”,“Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərintəhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə AzərbaycanRespublikasının qanununun layihəsində nəzərdə tutulmuş əlavə vədəyişikliklər ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərinhüquqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin hüquqiəsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Qanun layihələrinin müzakirəsi zamanı çıxış edən Milli MəclisAparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevqanun layihələri barədə ətraflı məlumat verib. O bildirib ki,“Turizm haqqında” qanuna təklif olunan dəyişikliklər bu sahədəmövcud olan bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur.Gündəliyin üçüncü məsələsi haqqında danışan şöbə müdiri qeyd edibki, layihə əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz sözvə ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələrlə əvəzolunmasını nəzərdə tutur.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədrininmüavini Günay Əfəndiyeva, komitə üzvləri Sahib Alıyev, ƏlibalaMəhərrəmzadə, Tənzilə Rüstəmxanlı, Novruzəli Aslanov, ÜlviyyəHəmzəyeva, Elnarə Akimova çıxış edərək gündəlikdəki məsələlərləbağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.Deputatlar qanunlara təklif olunan əlavə və dəyişikliklərin müvafiqsahələrdə qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmətedəcəyinə əminlik ifadə ediblər.

İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün işplanı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri MilliMəclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Şahin Seyidzadə, MixailZabelin və digər rəsmi şəxslər də iştirak ediblər.

Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Chosen
9
2
az.trend.az

3Sources