EN

NATO-nun üçüncü ən böyük ordusu bu ölkənindir

Polşa ordusu 200 min əsgər sayını keçərək, güc baxımından NATO-da üçüncü ən böyük ordu oldu.

Oxu24.com xəbər verir  ki, xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

“Biz artıq Fransanı qabaqlayırıq. Artıq 205 min əsgərimiz var, ilin sonuna qədər isə 207 min və ya daha çox olmasını gözləyirik”.

Ordunun sayına görə NATO ölkələri arasında hazırda ABŞ birinci, Türkiyə ikinci yerdədir.

2022-ci ildə Polşa Prezidenti Anjey Duda “Vətənin Müdafiəsi haqqında” Qanunu imzaladı, ona görə Polşa ordusunun, o cümlədən müdafiə qoşunlarının sayı təxminən 2 dəfə - 300 min əsgərə qədər artırılmalıdır.

Avqustda məlum oldu ki, Polşa hakimiyyəti müdafiə xərclərini ÜDM-in 4,7%-nə qədər artırmaq niyyətindədir. Hazırda Polşa da daxil olmaqla yalnız beş NATO ölkəsi ÜDM-in 3%-dən çoxunu müdafiəyə xərcləyir: ABŞ, Estoniya, Latviya və Yunanıstan.

Bundan əvvəl ABŞ NATO-nun Rusiyaya qarşı imkanlarından danışmışdı.

 

Miri

 

Chosen
24
oxu24.com

1Sources