EN

Avtobus sürücüsü qəfil tormoz verdi; qadın sərnişinin onurğası qırıldı

Tatarıstanın paytaxtında 43 saylı marşrut avtobusunda qadın sərnişin ağır xəsarət alıb.

Avtosfer.az yerli KİV-lərə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, o, onurğasını sındırıb.

Sərnişinlərin sözlərinə görə, avtobus sürücüsü qəzadan qaçmaq üçün qəfil əyləci basıb və bundan sonra sərnişinlər müvazinətini itirərək yıxılıblar, aralarında birinci qrup əlil olan qadının kürəyi tutacaqa dəyib.

Jurnalistlər şərh üçün Kazan şəhərinin 43 və 11 nömrəli avtobus marşrutlarına rəhbərlik edən 3 saylı Baylıq MMC-nin direktoru Ayrat Sabirova müraciət ediblər. Lakin o, sualları yazılı şəkildə göndərməyi xahiş edərək cavab verməyib.

 

Namiq Musayev

Chosen
14
avtosfer.az

1Sources