EN

Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşdü

Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Lavrov Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra R. Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.

Azərbaycan səfiri etimadnaməsinin sürətini Rusiya XİN başçısının müavininə təqdim edib.

Ən yaxın dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.

Chosen
5
8
e-huquq.az

9Sources