Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində BMW markalı avtomaşın aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.
Yaralılar Sumqayıt şəhər xəstəxanasına çatdırılıblar.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu