Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 2024/2025-ci illər mövsümünün 11-ci turu çərçivəsində “Beroe” ilə qarşılaşıb.
“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.
Hüseynov bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyada qalıb.
“Arda” bu nəticədən sonra ölkə çempionatında 15 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Beroe” isə 14 xalla 8-cidir.
Xatırladaq ki, “Arda”ya “Zirə”dən keçmiş Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 43 rəsmi oyuna çıxıb, 1 qol vurub.