İrəvanda sərxoş sürücü avtomobili piyadaların üzərinə sürüb.
Axar.az erməni mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər isə xəsarətlər alıb.
Polis müəyyən edib ki, “KİA” markalı avtomobilin sürücüsü sərxoş haldadır, üstəlik onun sürücülük vəsiqəsi də yoxdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.