EN

Xızıda ağır qəza: 1 nəfər öldü, 3-ü yaralandı

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, Yaşma qəsəbəsində BMW "X5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir - red) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
12
5
milli.az

10Sources